Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda yazlıq bitkilərin əkini davam edir

10 may 2016 | 11:00

 Ağsu rayonunda cari mövsümdə azı 2000 hektar ərazidə yazlıq bitkilərin əkiləcəyi gözlənilir. Son vaxtlar əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq hazırda əkin kampaniyası davam edir.
   İndiyədək  1690 hektarda yazlıq bitkilər əkini başa çatıb. Ən çox sahədə -537 hektarda ciyid səpilib. Habelə, 152 hektarda kartof, 450 hektarda tərəvəz, 425 hektarda bostan, 37 hektarda yonca və sair bitkilər əkilib.
   Hazırda hər yerdə yazlıq bitkilərin əkini kampaniyası uğurla aparılır.

Keçidlər