Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsulular ulu öndər Heydər Əliyevi ehtiramla yad ediblər

10 may 2016 | 11:00


 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 10-da Ağsuda gülqoyma mərasimi keçirilib.
    Rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının işçiləri,  idarə, müəssisə və təşkilatların kollektivləri, habelə rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri səhər saatlarında, əllərində gül-çiçək Ümummilli Liderin adını daşıyan parka gəlib.   Aparıcının çağırışı ilə sıx sıralarla cərgələnən insanlar parkda Ulu Öndərin abidəsi önünə gələrək heykəlin qarşısına çiçəklər qoyub, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
   Sonra mərasim iştirakçıları kütləvi surətdə Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində ağacəkmə kampaniyasında iştirak ediblər. Həmin gün Prezident İlham Əliyevin açılışında iştirak etdiyi mərkəzi rayon xəstəxanasının qarşısında, şəhərin giriş hissəsindəki seyrəngahda, eləcə də bir sıra küçələrdə əkin aparılıb. Kampaniyada 800 nəfərdən çox rayon sakini  iştirak edib,  5500-dən  artıq  ağac əkilib.

Keçidlər