Home Contact Phone
background

Xəbərlər

  • Ağsu Rayon İcra Hakimiyyətində vətəndaşlar...

    Ağsu Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib

    2021-11-19

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vətəndaşların növbəti onlayn və fərdi qəbulunu keçirib. RİH başçısı bir qrup şəhid ailəsi, Vətən müharibəsi qaziləri və iştirakçılarını, eləcə də digər rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşlara etdikləri xahiş və müraciətlərlə bağlı müvafiq köməklik göstərilib.

  • Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının ya...

    Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub

    2021-11-18

    Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, partiya veteranları və fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üstünə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

  • Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı x...

    Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı xəbərdarlıq edib

    2021-11-16

    Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf ki, bu hadisələrin qarşısını hələ tamamilə almaq mümkün deyil. Ancaq yanğınların sayını minimuma endirmək, hadisə zamanı insan itkisinin qarşısını almaq mümkündür və Dövlət Yanğın Nəzarəti Xidmətinin qarşısında duran əsas vəzifə budur. Dövlət Yanğın Nəzarəti Xidməti hər il payız-qış mövsümünün başlanması ilı əlaqədar müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir.

  • Aprel döyüşlərində şəhid olan Fərəczadə ...

    Aprel döyüşlərində şəhid olan Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə tikilən bulağın açılışı olub

    2021-11-10

    Ağsu rayonunun Bico kəndində Aprel döyüşlərində şəhid olan Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimi noyabrın 10-da Toğrulun anadan olduğu gündə keçirilib. T.Fərəczadənin doğulub boya-başa çatdığı kəndin girişində inşa olunan bulağın açılışında rayon rəhbərləri, Toğrulun yaxınları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

  • Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə...

    Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

    2021-11-08

    Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub. Əvvəlcə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli və digər rəsmi şəxslər Qəhramanlar Kompleksinə gəlib, əklil qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Burada Birinci Qarabağ müharibəsində, habelə ötən il sentyabrın 27-də başlanan və 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların məzarlarını ziyarət ediblər.

Foto qalereya