Home Contact Phone
background

Xəbərlər

  • “Bizə qoşul və xilas et!” məktəbləraras...

    “Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsi yekunlaşdırılıb

    2017-12-09

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib gəlmiş “Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsinin yekunu olaraq 9 dekabr 2017-ci il tarixində Ağsu rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və layihənin başlanmasında cəlb edilmiş könüllü müəllimlər iştirak ediblər.

  • Ağsu rayonunda sərbəst güləş üzrə açıq r...

    Ağsu rayonunda sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib

    2017-12-08

    Dekabrın 8-də Ağsu rayonunda rayon Gənclər və İdman İdarəsi və “Neftçi İK” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Ağsu İdman Kompleksində keçirilən yarışlarda Ağsu, Şamaxı, Göyçay, Ağdaş, Kürdəmir, Şirvan və Sumqayıtdan olan 10 komandadan 120 idmançı iştirak edib. 2003-2006-cı il təvəllüdlü idmançılar 16 çəki dərəcəsində qüvvələrini sınayıblar.

  • Rayon məktəbliləri arasında şahmat idman növ...

    Rayon məktəbliləri arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib

    2017-12-08

    Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar 07-08 dekabr 2017-ci il tarixlərdə Ağsu rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsi və Uşaq-Gənlər İdman-Şahmat Məktəbi tərəfindən məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

  • “Narkomaniyaya yox deyək“, ”Erkən nikahın...

    “Narkomaniyaya yox deyək“, ”Erkən nikahın acı fəsadları”, ”Dini ekstremizm” mövzularına həsr edilən tədbir keçirilib

    2017-12-07

    Dekabrın 7-də Ağsu rayonunda “Narkomaniyaya yox deyək“, ”Erkən nikahın acı fəsadları”, ”Dini ekstremizm” mövzularına həsr edilən tədbir keçirilib. Gənclərin, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə narkomaniyanın acı nəticələrindən bəhs edən videoçarx nümayiş olunub.

  • Ağsu rayonunda bələdiyyələr üçün zona semi...

    Ağsu rayonunda bələdiyyələr üçün zona seminarı keçirilib

    2017-12-06

    Ağsu rayonunda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və BAMS Proqramına (bələdiyyələrin fəaliyyətlərinə nəzarət məqsədi ilə yaradılmış proqram) məlumatların daxil edilməsi ilə bağlı zona seminarı keçirilib. Ağsu və Kürdəmir rayonlarının şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinin qatıldıqları seminarı Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb, mövzunun aktuallığını diqqətə çatdırıb.

Foto qalereya